
Niderland millisinin sabiq hücumçusu Robin van Persi Rotterdamın “Feyenoord” klubunun baş məşqçisi vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə “Voetbal International” nəşri məlumat yayıb.
Mütəxəssis 2025-ci ilin fevral ayında komandanın baş məşqçisi təyin olunmuşdu. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Qərar klub rəhbərliyi – baş direktor Robert Eynhorn və texniki direktor Devi Riqo tərəfindən qəbul edilib.
Məlumata görə, “Feyenoord”un ötən mövsüm Niderland çempionluğunu qazana bilməməsi, həmçinin baş məşqçinin yarımmüdafiəçi Kvinten Timber ilə yaşadığı münaqişə bu qərarın verilməsində əsas amillərdən biri olub.

