İrakli Kobaxidze Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri
Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik
edib.

Trend-in məlumatına görə, bu barədə İ.Kobaxidze “X” sosial
şəbəkəsindəki səhifəsində yazıb.

“Baş nazir Nikol Paşinyanı və onun partiyasını seçkilərdə
qazandıqları uğur münasibətilə ürəkdən təbrik edirəm. Xalqlarımızın
rifahı naminə Gürcüstan və Ermənistan arasında strateji
tərəfdaşlığı və dostluq münasibətlərini daha da gücləndirmək üçün
sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm”, –
deyə o yazıb.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərinin
ilkin nəticələrinə görə, Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi”
partiyası liderlik edir. “Infocom” açıq məlumatlara əsaslanan ilkin
seçki nəticələrini təqdim edib.

İlkin səsvermə nəticələri hazırda aşağıdakı kimidir:

– Vətəndaş Müqaviləsi – 57.14%
– Güclü Ermənistan – 21.43%
– Ermənistan Bloku – 8.21%
– Çiçəklənən Ermənistan – 5.10%