Rusiya iqtisadiyyatı “soyuma” rejimindədir – Aleksandr Novak

Baş səhifə

Bakı.Trend:

Hazırda Rusiya iqtisadiyyatı idarə olunan “soyuma” rejimində
fəaliyyət göstərir.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini
Aleksandr Novak Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu
(SPIEF-2026) çərçivəsində bildirib.

Novak izah edib ki, bu transformasiya əvvəlki bir neçə il
ərzində müşahidə olunan sürətli iqtisadi artım dövründən sonra baş
verib.

“Hazırda biz idarə olunan soyuma mərhələsindəyik”, – deyə o
bildirib.




Rusiya Baş nazirinin müavini ötən ilin oktyabr ayının əvvəlində
də ölkə iqtisadiyyatının bu vəziyyətindən danışmış və belə rejimi
müvəqqəti hal kimi qiymətləndirmişdi.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki,
ölkə iqtisadiyyatının “yumşaq enişə” ehtiyacı var. Onun sözlərinə
görə, belə keçid hakimiyyətə daxili bazarda istehlak qiymətlərinin
artım tempinin tədricən yavaşıması fonunda makroiqtisadi
problemləri həll etməyə imkan verəcək.

Putin vurğulayıb ki, bu proses zamanı iqtisadiyyatın “həddindən
artıq soyudulmasına və ya dondurulmasına” yol vermək olmaz.