Polşada helikopter qəzaya uğrayıb – Ölən var

Baş səhifə

Bakı. Trend:

Polşanın cənubunda “Robinson R44 Raven” modelindən olan
helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində hava nəqliyyat
vasitəsinin pilotu həyatını itirib.

Trend xəbər verir
ki, bu haqda “Wirtualna Polska” portalı yerli polis idarəsinə
istinadən xəbər verir.




Malopolsk inzibati vilayətində ucqar ərazidə düşən helikopterin
dağıntıları artıq xilasetmə qrupu tərəfindən aşkar edilib. Həlak
olan şəxs 30 yaşlı pilot olub.

İlkin versiyaya görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.
Polis qəza səbəbləri ilə bağlı araşdırmaya başlayıb.