
Bakı. Trend:
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk
finalçı bəlli olub.
Trend xəbər verir ki,
ilk yarımfinal oyununda Macarıstan və Ukrayna milliləri
qarşılaşıb.
Qarşılaşma Ukrayna yığmasının 5:1 hesablı darmadağını ilə
yekunlaşıb. Beləliklə, Ukrayna millisi finalda Serbiya – Azərbaycan
matçının qalibi ilə üz-üzə gələcək.

