Bakı. Trend:
Çinin şərqindəki Çzyansu əyalətində fişəng mağazasında baş verən
partlayış nəticəsində ən azı səkkiz nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə Lyanyunqan şəhərinin Dunhay qraflığında baş verib. Yerli
sakin fişəng dükanının yaxınlığında fişəng ataraq partlayışa və
ardınca yanğına səbəb olub. Yanğınsöndürənlər partlayışı təxminən
bir saat yarım sonra söndürə biliblər.
Hadisə nəticəsində əlavə iki nəfər yüngül yanıq xəsarətləri
alıb. Polis məsuliyyət daşıyanları saxlayıb və fövqəladə halın
səbəbləri ilə bağlı araşdırmalar davam edir.

