İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir

Baş səhifə

Bakı. Trend:

Yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin layihələrinə, startapların biznes ideyalarına
sərmayə qoymağa imkan yaradan İnvestisiya Portalında (invest.smb.gov.az)
indiyədək 173 layihə yerləşdirilib. Bu layihələrdən 147-si
investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə
hazır biznesin satışı ilə bağlıdır.

Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal
və digər istiqamətləri əhatə edir.

Bugünədək 1300-dən çox sahibkar, investor və startap müvafiq
layihələrlə tanış olmaq, layihəsini portalda yerləşdirmək üçün
invest.smb.gov.az saytında qeydiyyatdan keçib.




Portaldan istifadə edən biznes sahibləri investisiya cəlb
etməklə bizneslərini genişləndirə, investorlar isə bu layihələrə
yatırım etməklə həm özləri qazanc əldə edə, həm də KOB-ların
layihələrini dəstəkləməklə onların inkişafına, yeni məhsul və
xidmətlərin yaranmasına dəstək göstərə bilərlər.

Qeyd edək ki, www.invest.smb.gov.az portalı Azərbaycanda KOB-ların
investisiya imkanlarını genişləndirmək məqsədilə Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb.
Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də
sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın
imkanlarından faydalana bilərlər. Portaldan istifadə etmək üçün
ödəniş tələb olunmur. Layihələrin portala yerləşdirilməsi prosesi
sadə və rahatdır. Bununla bağlı əlavə sualları yaranan sahibkarlar
və startaplar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə
bilərlər.