Hesablama Palatasına daha bir səlahiyyət verilir

Baş səhifə

Bakı. Trend:

Hesablama Palatası Naxçıvan Muxtar Respublikası büdcəsinin
layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və
illik hesabatlara dair rəy verəcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.




Qanun layihəsinə əsasən, Hesablama Palatasının sədri Hesablama
Palatasının rəylərini, hesabatlarını, məlumatlarını və təkliflərini
Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinə təqdim edəcək.