
Bakı. Trend:
Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə
daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi
köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
sosial baxımdan çox önəmlidir. Bu, həm də Azərbaycan vətəndaşının
konstitusion və mülkiyyət hüququnun ən ali səviyyədə bərqərar və
bərpa olunması deməkdir.
Trend xəbər verir ki,
bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və
Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında
deputat Azay Quliyev deyib.
“Yenə də dövlətimizin çox ağıllı və müdrik bir yanaşmasını
görürük. Sosial tədbirlər həmin məcburi köçkünlük statusunun
itirilməsi günündən sonra üç il müddətində davam edir. Bu, ondan
xəbər verir ki, dövlətimiz yenə də vətəndaşlarına qucaq açır, sahib
durur və qarşıda olan üç il müddətində onların ən müxtəlif sahədə
sosial qayğı, məşğulluq tədbirləri ilə bərabər, bu statusu
saxlayır”, – deyə o əlavə edib.

