
Bakı.Trend:
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları
saxlanılıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən(DSX) məlumat
verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan
Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa
cəhd göstərən 6 (altı) nəfər Nigeriya Federativ Respublikası
vətəndaşı – 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il
təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi
Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle,
1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il
təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun
tədbirləri nəticəsində saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

