General Zaur Zeynalov Türkiyədə C-130 qəzasında şəhid olan hərbçilərin ailələrini ziyarət edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi, general-mayor Zaur
Zeynalov qardaş ölkənin C-130 təyyarəsinin qəzaya uğraması
nəticəsində şəhid olmuş Türkiyə Silahlı Qüvvələrinin şəxsi
heyətinin ailələrinə baş çəkib.

Trend xəbər verir
ki, bu barədə Azərbaycanın Türkiyədəki Hərbi Attaşeliyi məlumat
yayıb.




Bildirilib ki, Zaur Zeynalov Amasya şəhərində şəhid Baş çavuş
Ramazan Yağış, baş çavuş Akın Karakuş və baş çavuş Cem Dolabçının
ailələrini ziyarət edib.