Tramp İranla bağlı xəbərləri YALAN ADLANDIRDI

Baş səhifə

İran İslam Respublikası və ABŞ-nin bir neçə gün əvvəl danışıqları dayandırdığı barədə xəbərlər yalan və səhvdir.

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

“Aramızdakı danışıqlar bu gün də daxil olmaqla mütəmadi davam edir. Danışıqların hara aparacağını heç kim bilmir, amma İran tərəfinə də dediyim kimi, bu və ya digər şəkildə saziş bağlamağın vaxtıdır”, – deyə o bildirib.