
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində olub.
Belə ki, 5 yaşlı O. Z su anbarına düşərək həyatını itirib.
Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(Qafqazinfo)

