Türkiyə millisi Şimali Makedoniyanı darmadağın etdi

Baş səhifə

Dünya Çempionatı öncəsi millilərin yoldaşlıq görüşləri davam edir.

Modern.az xəbər verir ki, Türkiyə millisi hazırlıq oyununda Şimali Makedoniya millisi ilə qarşılaşıb.

Görüş “ağ-qırmızılar”ın 4:0-lıq darmadağını ilə yekunlaşıb.

Türkiyə millisinin heyətində qolları Orkun Kökçü, Can Uzun, Deniz Gül, Barış Alper Yılmaz vurub.

Qeyd edək ki, 2026 Dünya Çempionatı iyunun 11-i start götürəcək.