İran prezidentin istefası ilə bağlı xəbərləri təkzib edib

Baş səhifə

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkyan vəzifələrini yerinə yetirməyə və
xalqın maraqlarına xidmət etməyə davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Prezident
Administrasiyasının Kommunikasiya şöbəsinin müdir müavini Mehdi
Təbatəbai “X” sosial şəbəkəsində yazıb.




O, İran prezidentinin istefası ilə bağlı yayılan məlumatları
əsassız adlandırıb və bunu xarici medianın fəaliyyəti ilə
əlaqələndirib.

Xatırladaq ki, daha əvvəl “Iran International” telekanalı İran
prezidenti Məsud Pezeşkyanın dövlət hakimiyyətinin əsas sahələrinin
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin tam
nəzarəti altına keçməsi səbəbindən istefa verdiyini
bildirmişdi.