Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir

Baş səhifə

Şuşa. Trend:

Mərkəzi Asiya Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda
birləşir. Bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası
istiqamətində bunun çox böyük mənası var.

Bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media
Forumunun açılışında səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, Prezident Şavkat Mirziyoyevin
uzaqgörənliyi və strateji baxışları burada çox önəmli rol
oynayıb.