“Qalatasaray”ın keçmiş hücumçusu Türkiyəyə geri qayıda bilər

Baş səhifə

Bakı. Trend:

“Qremio”nun hücumçusu Karlos Vinisius karyerasını yenidən
Türkiyədə davam etdirə bilər.

Trend Braziliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı
forvardın xidmətində “Başakşəhər” maraqlıdır.




İstanbul təmsilçisi təcrübəl forvarda görə “Qremio” ilə danışığa
keçib. Onun Braziliya klubu ilə müqavilə müddəti 2026-cı il
dekabrın 31-nə qədərdir.

Vinisius “Napoli”, “Rio Ave”, “Monako”, “Benfika”, “Tottenhem”,
PSV, “Qaalatasaray” və “Fulhem” klublarında oynayıb.