“Hizbullah” İsrailin Safed şəhərindəki hərbi obyektləri vurdu

Baş səhifə

Bakı. Trend:

“Hizbullah” hərəkatı Yuxarı Qalileyada Safed şəhərində İsrail
hərbi hədəflərinə hücumda dəqiq idarə olunan raketlərdən istifadə
edib.

Trend-in məlumatına görə, bu barədə “Hizbullah”ın “Telegram”
kanalında yayımlanan kommünikedə bildirilib.




“İslam Müqaviməti döyüşçüləri sərhəddən 20 km məsafədə yerləşən
Safed şəhərindəki hərbi hədəflərə hücum ediblər. Hücum zamanı
yüksək dəqiqlikli raketlərdən istifadə edilib”, – deyə qeyd
olunub.

Kommünikedə bildirilib ki, günün birinci yarısında Livan
ərazisindən hava əməliyyatları və elektron müharibə mərkəzinin
yerləşdiyi Meron dağındakı İsrail Hərbi Hava Qüvvələri bazasına
raket buraxılışı həyata keçirilib.