
ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası çərçivəsində indiyə qədər 115 ticarət gəmisi istiqamətini dəyişdirib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, blokada davam edir və İran limanlarına hər hansı bir ticarət gəmisinin getməsinin, eləcə də bu limanlardan çıxmasının qarşısı alınır.
Qeyd edək ki, ABŞ aprelin13-dən bəri İrana dəniz blokadası tətbiq edir.

