ABŞ Cənub Komandanlığı narkotik qaçaqmalçılığı ilə bağlı əməliyyat keçirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Cənub Komandanlığının göstərişi ilə fəaliyyət göstərən
“Cənubi Nizə” əməliyyat qrupu terror təşkilatı ilə əlaqəli olduğu
ehtimal edilən gəmini məhv edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı xəbər
verib.




Məlumata əsasən, kəşfiyyat məlumatları gəminin Sakit okeanın
şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan
marşrutlarla hərəkət etdiyini və qeyri-qanuni narkotik
daşımalarında iştirak etdiyini müəyyən edib.

Əməliyyat nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xilas
edilib. Qeyd olunub ki, əməliyyat zamanı ABŞ hərbçiləri arasında
xəsarət alan olmayıb.