“Aston Villa” UEFA Avropa Liqasının qalibi olub

Baş səhifə

Bakı. Trend:

Bu gecə UEFA Avropa Liqasının qalibi bəlli olub.

Trend xəbər verir ki,
final görüşündə “Frayburq” və “Aston Villa” klubları üz-üzə
gəlib.

İstanbulda keçiriləcək həlledici oyunda İngiltərə təmsilçisi 3:0
hesablı qələbə qazanıb. Daha əvvəl baş məşqçsi Unai Emeri bu
turniri üç dəfə ardıcıl olaraq “Sevilya” ilə (2014, 2015, 2016)
qazanmış, həmçinin 2021-ci ildə “Vilyarreal” ilə də kuboka sahib
çıxmışdı.

Heç bir başqa məşqçi UEFA Avropa Liqası və ya UEFA Kubokunu bu
qədər qazana bilməyib.




UEFA Avropa Liqası. Final

23:00. “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə) 0:3

Qollar: Y.Tielemans,41, E.Buendia,45+3, M.Rogers,58