
Bakı. Trend:
2026-cı ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar
Respublikasında sənaye məhsulu istehsalının həcmi 178,3 milyon
manat təşkil edib.
Trend-in
məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə
müqayisədə 13,9 % artıb.
Sənaye məhsulu istehsalında malların istehsalının payı 85,4 %,
xidmətlərin istehsalının payı isə 14,6 % olub.
2026-cı ilin yanvar-aprel aylarında muxtar respublikada 2 272
500 ton yük daşınıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 %
artıb.
Eyni dövrdə sərnişin daşınması 0,9 % artımla 15 174 500 nəfər
təşkil edib.

