WUF tarixində ilk dəfə “WUF13 NGO Forum” keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT
Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO Forum”)
keçirilib.

Trend xəbər verir ki, “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar
və Qərarvermə” adlı tədbirdə çıxış edən “UN-Habitat”ın icraçı
direktoru Anaklaudia Rossbax bildirib ki, təcrübələr, baxışlar və
müxtəlif yanaşmalar bir araya gətirilməlidir. Onun sözlərinə görə,
lokal və şəhər səviyyəsində birlikdə işləməyi öyrənmək
lazımdır.

O həmçinin qeyd edib ki, Azərbaycan şəhərsalma sahəsində mühüm
işlər görüb.

“Ev sahibliyinə görə Azərbaycana təşəkkür edirik. Bu, tarixi bir
məqam və mühüm bir hadisədir”, o qeyd edib.

Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev isə çıxışında işğaldan azad edilmiş
ərazilərdə aparılan tikinti və bərpa işləri böyük bir missiya
olduğunu vurğulayıb. O qeyd edib mi, minalarla çirkləndirilmiş
ərazilərdə biz yeni tarix yazılır:

“Təəssüf ki, XX əsrdə şəhərlər gözlərimizin önündə dağıdılıb,
doqquz şəhərimiz məqsədli şəkildə yerlə-yeksan edilib. Ağdam,
məsələn, Qafqazın “Xirosiması” adlandırılırdı. Yüz minlərlə insana
ev olan bu şəhər tamamilə dağıdılmışdı. Biz isə bu ərazilərdə
vətəndaşlarımız üçün yeni həyat qururuq. Azərbaycan doğrudan da bu
Şəhərsalma Forumu üçün ən münasib məkandır. Biz öz təcrübəmizi
bölüşməyə və müxtəlif təcrübələri öyrənməyə hazırıq”, o
bildirib.

BMT-nin Cənub-Cənub ofisinin rəhbəri Dima Al – Khatib isə
bildirib ki, QHT-lər çox vaxt icmalarla institutlar arasında
etibarlı vasitəçi rolunu oynayır.

“Onlar həm də diqqətdən kənarda qalan praktik həlləri üzə
çıxarır və gündəmə gətirirlər.

UNESCO və UN-Habitat ilə əməkdaşlıq çərçivəsində biz irsin
qorunması, iqlim tədbirləri, şəhər dayanıqlılığı və bərpa
proseslərinə xüsusi diqqət yetiririk. Eyni zamanda, fəlakət
riskinin azaldılması üzrə təlimlər təşkil olunur. Bu günə qədər 168
ölkədə və minlərlə icmada insanları əhatə edən təlimlər həyata
keçirmişik”, o vurğulayıb.

UN-Habitat İcraiyyə Şurasının keçmiş katibi və Hökumətlərarası
Əlaqələr Departamentinin rəhbəri Christian Mensah isə Azərbaycan
mühüm əməkdaşlıq platformasına çevrildiyini qeyd edib. O bildirib
ki, QHT-lər və vətəndaş cəmiyyəti institutları proseslərdə aktiv
iştirak etməli və geniş şəkildə təmsil olunmalıdır.

Bundan başqa Kuala-Lumpurun keçmiş meri, UN-Habitat-ın keçmiş
icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı
urbanizasiya üzrə müşaviri Qə Maimuna Mohd Şərif, Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Qlobal Cənub QHT
Platformasının (GSNP) Latın Amerikası regionu üzrə baş katib
müavini Luis Qalyeqos Çiriboga da çıxışlarında QHT-lerin fəaliyyət
istiqamətlərindən, proseslərdə aktiv iştirakından və WUF13-ün
əhəmiyyətindən bəhs ediblər.

Tədbir panel müzakirələri ilə davam edib.