“Fənərbağça” “Liverpul”un müdafiəçisini heyətinə qatmaq istəyir

Baş səhifə

Bakı. Trend:

“Liverpul”la müqaviləsi mövsümün sonunda başa çatan Endryu
Robertson karyerasını Türkiyə Super Liqasında davam etdirə
bilər.

Trend xəbər verir ki, “Fənərbağça” şotlandiyalı futbolçunun xidmətində maraqlıdır. Bu
barədə insayder Əkrəm Konur məlumat yayıb.




İstanbul nəhəngi yayda azad agent statusunda olan Robertson üçün
ilkin təmaslara başlayıb. 32 yaşlı sol cinah müdafiəçisi ilə
anlaşma əldə olunacağı bildirilir.

Qeyd edək ki, “Liverpul” Endryu Robertsonu 2017-ci ilin yayında “Hall Siti”dən 7 milyon avroya transfer edib. Şotlandiya millisinin
üzvü cari mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana
çıxdığı 35 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda
qalıb.