Rusiya “Avroviziya”ya qayıda bilər

Baş səhifə

Bakı.Trend:

Rusiya “Avroviziya” mahnı müsabiqəsinə qayıda bilər.

Trend xəbər verir
ki, bunu təşkilatın rəhbəri Martin Qrin Britaniyanın “LBC”
radiosuna verdiyi müsahibədə bildirib.

Rusiyanın müsabiqədə iştirak üçün geri qaytarılmasının
mümkünlüyü ilə bağlı suala o, “bu, nəzəri baxımdan mümkündür”,-deyə
cavab verib.




Qeyd edək ki, 25 fevral 2022-ci ildə Avropa Yayım İttifaqı (AYİ)
Rusiyanın Ukraynaya hüumu ilə əlaqədar ölkənin daha “Avroviziya”
mahnı müsabiqəsində təmsil olunmayacağını bəyan edib. Bu bəyanatdan
bir gün sonra Rusiyanın VQTRK, “Pervıy”(Birinci kanal)
telekanalları və “Ostankino” radiostansiyası AYİ-nin üzvlüyündən
çıxdıqlarını elan ediblər.

“Avroviziya” mahnı müsabiqəsi (Eurovision Song Contest) –
1956-cı ildən etibarən AYİ-yə üzv ölkələr arasında keçirilən
estrada mahnı müsabiqəsidir. Hazırda ittifaqda əsasən Avropa
ölkələri olmaqla, 50-dən çox ölkədən 110-dan artıq şirkət təmsil
olunur.