“Azercell” “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır (FOTO)

Baş səhifə

Bakı. Trend:

Regionun yaradıcı sənaye və innovasiya sahəsində aparıcı
platformalarından biri olan “Baku Flames” festivalı “Azercell”in
tərəfdaşlığı ilə start götürdü. Şirkət artıq ikinci ildir ki,
festivalın texnologiya və innovasiya tərəfdaşı qismində çıxış
edir.

15–16 may tarixlərində keçirilən festival aparıcı beynəlxalq
şirkətlərin nümayəndələrini, kreativ sənaye, marketinq və media
sahələrinin ekspertlərini bir araya gətirir. Bu il festivalın
proqramında “Meta”, “Google” və “TikTok” kimi qlobal şirkətlərin
spikerləri yer alır. Həmçinin artan beynəlxalq maraq fonunda
festivala bu il daha geniş coğrafiyadan kreativ layihələr təqdim
edilib. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı
sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndiriləcək,
qaliblər isə festivalın ikinci günü elan olunacaq.




Festivalın ilk günündə “Azercell”in təqdimatında keçiriləcək
panel sessiyasında şirkətin Korporativ Ünsiyyət departamentinin
direktoru Sona Abbasova brend və brend səfirləri arasında
qarşılıqlı dəyərin formalaşması, eləcə də bu əməkdaşlıqların
dinamikası ilə bağlı müzakirələrdə iştirak edəcək.

Qeyd edək ki, “Baku Flames” festivalı beynəlxalq kreativ sənaye
nümayəndələrini bir araya gətirərək qlobal yaradıcı sənaye
tendensiyalarının müzakirəsi, innovativ yanaşmaların paylaşılması
və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu
oynayır.