Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend

Estoniya hökuməti Hörmüz boğazına hərbi heyət göndərilməsi
imkanını nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında
qərargah zabitləri, sualtı robot qrupları və minaaxtaran gəminin
göndərilməsi yer alır.

Trend-in məlumatına görə, bu barədə ERR nəşri müdafiə naziri
Hanno Pevkurun açıqlamasına istinadla məlumat yayıb.




Nazirin sözlərinə görə, hazırda variantların maliyyə dəyəri və
müttəfiqlərin ehtiyacları qiymətləndirilir. Gəmi heyəti seçilərsə,
missiyada 40-60 nəfərin iştirakı mümkün ola bilər.

Məlumata görə, Fransa və Böyük Britaniyanın təşəbbüsü olan
missiyanın hərbi münaqişə başa çatdıqdan sonra rotasiya əsasında
həyata keçirilməsi planlaşdırılır.