Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” (ADY) sərnişin tələbatını təmin etmək
məqsədilə 16 və 17 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə
əlavə qatar reysləri təyin edib.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.




Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə
dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile”
tətbiqindən əldə etmək mümkündür.

Qeyd edilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu
ilə də gündəlik səfərlər təşkil olunur.