Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5
milyard 275 milyon manat məbləğində investisiya yatırılıb.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.




Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 2,6 faiz çoxdur.

Dövr ərzində qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə
12,4% azalaraq 3 milyard 211,9 milyon manata bərabər olub.