Serbiya yanacaq üzrə aksiz vergisini 10 faiz azaldır

Baş səhifə

Bakı. Trend:

Serbiya hökuməti bazar ertəsindən etibarən yanacağa tətbiq
olunan aksiz vergisinin 10 faiz aşağı salınmasına qərar verib.

Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.




Bildirilib ki, qərarın məqsədi qlobal bazarda neftin
bahalaşmasının ölkə iqtisadiyyatına təsirini azaltmaq və inflyasiya
proseslərini nəzarətdə saxlamaqdır.