Azərbaycan güləşçisi Avropa çempionatında gümüş medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa
çempionatı davam edir.

Qadın güləşçimiz Günay Qurbanova (59 kq) finalda isveçli Karin
Samuelssona 2:10 hesabıyla məğlub olub.

Beləliklə, Qurbanova çempionatın gümüş medalını qazanıb.




Digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) macarıstanlı Barbara
Baqerə “tuş”la qalib gələrək finala yüksəlib.

Zəhra Kərimzadə (72 kq) isə yarımfinalda litvalı Qreta
Tverskiteyə 2:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda
güləşəcək.