“28 May” stansiyasında eskalatorlardan biri təmirə bağlanır

Baş səhifə

Bakı.Trend:

“28 May” stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator
planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti təmirə
dayandırılır.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, 2012-ci ildən istismarda olan “Victoria FT-935”
tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın
davamlılığını təmin etmək məqsədilə növbəlilik prinsipi əsasında
planlı texniki işlər həyata keçirilir.




Təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün
digər üç eskalator fasiləsiz xidmət göstərəcək.

Təmir işləri 10 iyul–1 avqust 2026-cı il tarixlərini əhatə
edəcək.