
Pakistan və Qətər hakimiyyətləri ABŞ və İran nümayəndələrini yenidən danışıqlar masasına qaytarmaq üçün səylər göstərir.
Bu barədə CNN regiondakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İslamabad və Doha İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında əsas vasitəçilərdən olub. CNN hələlik Qətər və Pakistanın tərəfləri yaxınlaşdırmaq üçün hansı addımları atdığına dair detalları açıqlamayıb.

