Bakı Dairəvi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Baş səhifə

Bakı. Trend:

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan
qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar
nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam
məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən
(AAYDA) məlumat verilib.




Bildirilib ki, məhdudiyyət iyulun 10-u saat 22:00-dan iyulun
11-i saat 07:00-dək, həmçinin iyulun 11-i saat 22:00-dan iyulun
12-si saat 07:00-dək qüvvədə olacaq.

Sürücülərə yaranacaq müvəqqəti narahatlığı nəzərə alaraq anlayış
göstərmələri və alternativ yollardan istifadə etmələri tövsiyə
olunur.