Almaniyada anomal istilər 5100 nəfərin həyatına son qoyub

Baş səhifə

Bakı. Trend:

Almaniyada iyunun sonunda müşahidə edilən güclü isti hava
dalğası 5100 nəfərin ölümünə səbəb olub.

Bu barədə Robert Kox İnstitutunun istilərlə əlaqədar ölüm
halları üzrə həftəlik hesabatında bildirilib.

İnstitutun hazırladığı modelə əsasən, iyunun 22-28-ni əhatə edən
ən isti həftədə temperatur bəzi bölgələrdə 40 dərəcəni, ayrı-ayrı
yerlərdə isə 41 dərəcəni ötüb. Ölənlərin 80 faizdən çoxunu yaşı
75-dən yuxarı şəxslər təşkil edib.




İnstitut qeyd edib ki, Almaniya Federal Statistika İdarəsinin
hesablamaları eyni həftədə 6800 ölüm halının müşahidə olunduğunu,
bunun da ekstremal istilərin təsirinin daha böyük ola biləcəyini
göstərdiyi bildirilib.

Hesabatda vurğulanıb ki, Almaniyada istilərlə bağlı ölüm halları
ciddi ictimai sağlamlıq problemi olaraq qalır. Xüsusilə yaşlılar,
ürək-damar, tənəffüs sistemi və böyrək xəstəliklərindən, eləcə də
demensiyadan əziyyət çəkən şəxslər yüksək risk qrupuna daxildir.
İnstitut isti hava dalğalarının təsirini azaltmaq üçün kölgəlik
sahələrin yaradılması, binaların sərinləşdirilməsi, maarifləndirmə
kampaniyaları və istilərə qarşı fəaliyyət planlarının
hazırlanmasının vacibliyini qeyd edib.