Sirkə turşusundan zəhərlənən kişi öldü

Baş səhifə

Sabirabadda sirkə turşusundan zəhərlənən kişi ölüb.

Modern.az xəbər verir ki, hadisə mayın 8-də qeydə alınıb.

Əbülhəsən Həsənov sirkə turşusundan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, mayın 11-də həmin tibb müəssisəsində ölüb.

Araşdırma aparılır. (Lent.az)