Tramp Heqsetin Venesuela və İrandakı əməliyyatlarına görə təqdir edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetin
fəaliyyətini, xüsusilə Venesuela və İranla bağlı əməliyyatlar üzrə
işini yüksək qiymətləndirib.

Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində
paylaşım edib.




“Pit Heqsetin gördüyü işdən son dərəcə razıyam. Hər şey möhtəşəm
idi, o cümlədən Venesuelaya qarşı əməliyyatımız (…). Həmçinin
İranla bağlı əməliyyat da çox uğurla davam edir. Biz bu ölkənin
nüvə silahı əldə etməsinin qarşısını almaq üçün onu darmadağın
etdik”, – deyə D. Tramp yazıb.

D. Tramp daha əvvəl The Washington Post qəzetində dərc olunan
məlumatı yalan adlandırıb. Qəzet mənbələrə istinadən xəbər vermişdi
ki, prezident Kemp-Deviddə keçirilən müşavirədə İranla münaqişə
fonunda sursat ehtiyatlarının tükənməsi ilə əlaqədar Pentaqon
rəhbərindən izahat tələb edib.