İran neft hasilatını azaltmayıb – Paknejad

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrail ilə 40 günlük silahlı münaqişə ərzində İran neft
hasilatını azaltmayıb və ixracını davam etdirib.

Trend xarici mediaya istinadla xəbər verir ki, bunu İranın neft
naziri Möhsün Paknejad bildirib.

“40 günlük müharibə ərzində istehsalımız azalmadı və ixrac
prosesi gözlənildiyi kimi davam etdi. Təbii ki, blokadadan sonrakı
günlərdə çətinliklərlə qarşılaşdıq. Tədbirlər görüldü və bu
tədbirlər qüvvədədir”, – o qeyd edib..




ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl dəniz blokadasının
başlanğıcından bəri ABŞ ordusunun İran limanlarına gedən və ya İran
limanlarından gələn 60-dan çox ticarət gəmisini
istiqamətləndirdiyini bildirmişdi. Komandanlıq həmçinin eyni dövrdə
ABŞ qüvvələrinin dörd ticarət gəmisinə zərbə endirdiyini
bildirmişdi .

ABŞ 13 apreldə İrana qarşı dəniz blokadasına başlayıb. CENTCOM
bildirib ki, Amerika tərəfi İran limanlarına gedən və ya İran
limanlarından çıxan bütün gəmilərin hərəkətinin qarşısını
alacaq.