Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində 12 terrorçunu zərərsizləşdirib

Baş səhifə

Bakı. Trend:

Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində
yerləşən Bəlucistan əyalətində 12 terrorçunu zərərsizləşdirib.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr
üzrə İdarələrarası Xidməti məlumat yayıb.




Məlumata görə, “Fitna əl-Hindustan” qruplaşmasına qarşı
antiterror əməliyyatları avqustun 5 və 6-da əvvəlcədən əldə edilmiş
kəşfiyyat məlumatları əsasında Vaşuk və Mastunq rayonlarında həyata
keçirilib.

Pakistan və Hindistan arasında gərginliyin artması fonunda İslam
Respublikasının hakimiyyəti ölkədə fəaliyyət göstərən terror
təşkilatlarının əksəriyyətini rəsmi səviyyədə Hindistanın proksi
qüvvələri kimi qiymətləndirməyə başlayıb və onlara ümumi olaraq “Fitna əl-Hindustan” adı verib.