
İsrail yaxın illərdə ABŞ-dan aldığı hərbi yardımdan tamamilə imtina edə bilər.
Modern.az xəbər verir ki, bunu Benyamin Netanyahu CBS News telekanalına müsahibəsində deyib.
İsrailin Baş naziri bildirib ki, ölkəsi hazırda ABŞ-dan hər il 3,8 milyard dollar həcmində hərbi dəstək alır.
“Biz ildə 3,8 milyard dollar alırıq. Düşünürəm ki, artıq qalan bu hərbi dəstəkdən tədricən imtina etməyin vaxtıdır”, – deyə Netanyahu vurğulayıb.
Onun sözlərinə görə, bu prosesin yaxın 10 il ərzində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.


