Bu qurumlarda çalışanların çoxu qadınlardır – Siyahı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda bir sıra dövlət qurumlarında qadın əməkdaşların
üstünlük təşkil etdiyi açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

AMEA-nın məlumatına görə, 2025-ci il üzrə qurumda çalışanların
ümumi sayı 2954 nəfər olub. Onlardan 1977 nəfəri qadın, 977 nəfəri
isə kişi əməkdaşdır.

Səhiyyə Nazirliyi Aparatı üzrə işçilərin 61 faizini qadınlar, 39
faizini kişilər təşkil edir.

TƏBİB-də çalışanların 55 faizi qadın, 45 faizi isə kişilərdən
ibarətdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan
işçilərin 53,7 faizini qadınlar, 46,3 faizini isə kişilər təşkil
edib. DOST mərkəzlərində də oxşar göstərici qeydə alınıb. Belə ki,
burada çalışanların 54 faizi qadın, 46 faizi kişilərdir.




“Azərbaycan Hava Yolları” QSC-nin məlumatına əsasən, 2025-ci
ildə bələdçilərin 64 faizi qadın, 36 faizi isə kişi olub.

Əqli Mülkiyyət Agentliyinin sistemində çalışanların 70 faizini
qadınlar təşkil edir. Agentliyin Aparatı üzrə isə bu göstərici 60
faizdir.

2025-ci ildə Dövlət Reklam Agentliyində çalışan işçilərin 73%-ni
qadınlar, 27%-ni kişilər təşkil edib.

Milli Arxiv İdarəsində çalışan işçilərin 72%i qadınlar, 28%i
kişilər olub.

Energetika Nazirliyində isə 2025-ci ildə gender balansı bərabər
olub. Belə ki, əməkdaşların 50 faizini qadınlar, 50 faizini isə
kişilər təşkil edib.