Bakı. Trend:
Şimali Londonda yəhudi icmasının üzvlərinə hücum baş verib,
nəticədə üç nəfər yüngül xəsarət alıb.
Trend-in
məlumatına görə, bu barədə London polisinin mətbuat xidməti
bildirib.
“Şənbə günü, 9 may tarixində, saat 01:20-də patrul polisi,
[London rayonu olan] Enfilddəki Sautberi Yolunda yəhudi icmasının
üzvlərini təqib etdiyi, təhdid etdiyi və hücum etdiyi ehtimal
edilən bir kişi haqqında məlumat alıb. 30 yaşdan yuxarı bir kişi
həbs olunaraq bölməyə aparılıb və ona qarşı ittiham irəli sürülüb”,
– deyə qeyd olunub.
Bildirilib ki, 58 və 26 yaşlı iki kişi və 53 yaşlı bir qadın
əlavə tibbi müalicə tələb etməyən xəsarətlər alıblar.
Polis əlavə edib ki, saxlanılan şəxs Londonun Hornçörç şəhərinin
sakini olan 34 yaşlı Dilan Osseydir.

