
Bakı. Trend:
Bu ilin yanvar-may aylarında “SOCAR Polymer”in ixrac gəlirləri
110,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “İxrac icmalı”nın iyun sayında bildirilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-may ayları ilə
müqayisədə 4,2 milyon ABŞ dolları və ya 3,9 faiz çoxdur.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlət şirkətləri arasında “SOCAR Polymer” MMC birinci
yerdə qərarlaşıb. Siyahıda növbəti yerləri AzerGold QSC, SOCAR-ın
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Azəralüminium MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, SOCAR-ın Qaz İxrac
İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ASC, “SOCAR-CAPE” MMC və “Naxçıvan Enerji” MMC tutur.
Xatırladaq ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev
Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı
çərçivəsində Trend-ə eksklüziv müsahibəsində bildirib ki, şirkət
beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə davam edir və
istehsalın modernləşdirilməsi, dekarbonizasiya və energetikanın
yeni istiqamətlərinin inkişafına yönəlmiş layihələri həyata
keçirir.
“SOCAR aktivlərinin ixrac potensialının artırılmasına və
qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verir. Şirkət
Azərbaycanda geotermal enerji potensialını araşdırır və istehsalın
səmərəliliyinin yüksəldilməsi, eləcə də məhsullarının ixrac
imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrə
investisiyalarını davam etdirir”, – deyə o bildirib.

