Prezident İlham Əliyev: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

Baş səhifə

Bakı. Trend:

Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın
müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi.

Trend xəbər verir ki,
bu fikirləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə
görüşdə səsləndirib.

Dövlətimizin başçısı əlavə edib: “Bu gün hələ də
Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası
müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz
bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da
qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar
Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım
deyil. Biz istədiyimizə nail olmuşuq”.