Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

Baş səhifə

Bakı. Trend:

Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı
nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə
çevirəcəyik.

Trend xəbər verir ki,
bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə
görüşdə bildirib.

Dəmir yolunun inşa edildiyini xatırladan dövlətimizin başçısı
deyib: “Yaxın gələcəkdə – bəlkə də bir il, ilyarım bundan sonra
Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu
gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu
ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə
Naxçıvanı birləşdirəcək”.