
Bakı. Trend:
Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova
Zəhra Şamil qızı Yeni Klinikaya direktor təyin edilib.
Trend xəbər verir
ki, Z.Vəzirova 1998–2005-ci illərdə Mərkəzi Neftçilər
Xəstəxanasında həkim-reanimotoloq kimi, 2005–2012-ci illərdə həmin
tibb müəssisəsinin İntensiv terapiya və reanimasiya şöbəsinin
müdiri vəzifəsində çalışıb.
2012–2018-ci illərdə Milli Onkologiya Mərkəzində Reanimasiya,
həmçinin Anesteziologiya və reanimasiya şöbəsinə rəhbərlik
edib.
2019–2024-cü illərdə isə İ.M.Seçenov Universitetinin
Tədris-Simulyasiya Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.
2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının
Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə
Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib. 2020-ci ildən
Azərbaycan Tibbi Simulyasiya Tədrisi Assosiasiyasının İcraçı
direktoru, 2024-cü ildən “Society in Europe for Simulation Applied
to Medicine” (SESAM) təşkilatının üzvüdür. Z.Vəzirova 55-dən artıq
elmi nəşrin müəllifidir.

