Bakı. Trend:
Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu
keçirilib.
Trend-in məlumatına görə, “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı
olub. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı
heç-heçə ilə yekunlaşıb. “Qarabağ”ın qolunu 29-cu dəqiqədə Kadi
Borges vurub. “Qəbələ”nin heyətində isə 57-ci dəqiqədə İsmael
Akinade fərqlənib. Bu nəticədən sonra “Qarabağ” 63 xalla 2-ci, “Qəbələ” 21 xalla 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində “Kəpəz” “Sabah”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” isə “Zirə” ilə qolsuz
heç-heçə edib.

