Mərkəzi Asiya ölkələri və Azərbaycanın məşvərət görüşünün keçiriləcəyi məkan və tarix açıqlanıb

Baş səhifə

Aşqabad.Trend:

Oktyabrın 8-də Türkmənistanın “Avaza” Milli Turizm Zonasında
Mərkəzi Asiya ölkələri və Azərbaycanın yüksək səviyyəli məşvərət
görüşü keçiriləcək.

Trend Türkmənistan
hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə
ölkənin Xarici işlər naziri Rəşid Meredov Balkan vilayətində
Prezident Sərdar Berdiməhəmmədovun sədrliyi ilə keçirilən Nazirlər
kabinetininin səyyar iclası zamanı bildirib.

Meredovun sözlərinə görə, hazırda Avazada keçiriləcək sammit
ərəfəsində iştirakçı ölkələrin xarici işlər nazirlərinin
görüşlərinə, eləcə də MDB Dövlət Başçıları Şurasının qarşıdan gələn
iclasına hazırlıq işləri də aparılır.