Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 9-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının
103-cü ildönümü münasibətilə Ümummilli Liderin məzarını ziyarət
ediblər.

Trend xəbər
verir ki, veteranlar məzar önünə əkil qoyub, Ulu Öndərin xatirəsini
ehtiram hissi ilə yad ediblər.




Daha sonra 9 may – Faşizm üzərində Qələbə Günü münasibətilə iki
dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun
abidəsini ziyarət edilib, abidə önünə əkil və gül dəstələri
qoyulub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının
sədir polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya
müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Polkovnik
qeyd edib ki, İkinci Dünya müharibəsində Həzi Aslanovun göstərdiyi
igidliklər bütövlükdə Azərbaycan xalqının faşizmə qarşı mübarizədə
sərgilədiyi misilsiz qəhrəmanlıqlara bariz nümunədir.

Veteranlar İkinci Dünya müharibəsində partizan dəstələrində
faşizmə qarşı döyüşmüş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin
Bakıdakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri
qoyulub, Mehdi Hüseynzadənin xatirəsi ehtiramla yad edilib.