
İndoneziyada Dukono vulkanının püskürməsi nəticəsində 2 alpinist həlak olub.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Detik” portalı məlumat yayıb.
Bildirilib ki, onlar Çin və Sinqapur vətəndaşlarıdır.
Vulkanın yaxınlığında 20-yə yaxın insan qalıb. Xilasetmə xidmətləri ərazidə əməliyyat həyata keçirir.
İndoneziya hökuməti Halmahera adasında Dukono vulkanın püskürməsindən sonra 20 turistin axtarışını aparır.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə yerli xilasetmə xidmətinin nümayəndəsi bildirib.
Məlumata görə, turistlərdən 9-u Sinqapur vətəndaşıdır, digərləri isə indoneziyalılardır.
Bu gün Şimali Maluku əyalətində yerləşən Dukono vulkanının püskürməsi baş verib. Püskürmə nəticəsində vulkan külü 10 km (6,21 mil) hündürlüyə qədər qalxıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


